AAS Amina and S GroupAmina and S Group

Topoqraf

15 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Neft və qaz sənayesi üzrə EPC və tikinti layihələrində topoqrafik və geodeziya ölçmə işlərini həyata keçirmək;
  • Layihə koordinatlarını və hündürlük nişanlarını sahəyə köçürmək (setting out);
  • Boru kəmərləri, çənlər (tanklar), sənaye obyektləri, terminallar və digər tikinti qurğuları üzrə geodeziya işlərini icra etmək;
  • Total Station, GPS, Digital Level (Nivelir) və digər geodeziya cihazlarından istifadə etməklə dəqiq ölçmə işlərini aparmaq;
  • As-built ölçmələrini həyata keçirmək və müvafiq hesabatları hazırlamaq;
  • Toplanmış məlumatları emal etmək, AutoCAD proqramında plan və sxemlər hazırlamaq;
  • Layihə, tikinti və keyfiyyətə nəzarət komandaları ilə sıx koordinasiyada işləmək;
  • Geodeziya avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını və düzgün istismarını təmin etmək.

Tələblər

  • Geodeziya, Topoqrafiya, İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Neft və qaz sektorunda Topoqraf vəzifəsində minimum 3 il iş təcrübəsi (mütləqdir);
  • EPC layihələri, sənaye obyektləri, tanklar, boru kəmərləri, terminallar və ya digər neft-qaz infrastrukturu layihələrində iş təcrübəsi üstünlükdür;
  • Total Station, GPS, Digital Level (Nivelir) və digər geodeziya avadanlıqları ilə sərbəst işləmək bacarığı;
  • Sahə işləri ilə yanaşı, AutoCAD proqramında planların hazırlanması və texniki hesabatların tərtib edilməsi bacarığı;
  • Layihə çertyojlarını oxumaq, koordinat və geodeziya hesablamalarını aparmaq bacarığı;
  • Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı;
  • Ezamiyyətlərdə işləməyə hazır olmaq.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Zərurət yarandıqda qısamüddətli ezamiyyətlər;
  • Gərgin iş qrafikində və vaxt məhdudiyyəti olan layihələrdə işləmək bacarığı.

Əməkhaqqı

  • Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini, mövzu hissəsində "Topoqraf" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
AAS Amina and S Group
Amina and S Group
Tikinti

AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi,…

Oxşar vakansiyalar

Hamısına bax