Traktor üzrə çilingər
Vəzifə haqqında
Grand Motors Company-dən vakansiya: Traktor üzrə çilingər tələb olunur
Vəzifə öhdəlikləri:
– Avadanlıq və mexanizmlərin texniki baxışını həyata keçirmək;
– Nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
– Avadanlıqların, detalların və mexaniki qurğuların təmiri;
– Zədələnmiş hissələrin dəyişdirilməsi və yeni detalların quraşdırılması;
– Texniki nasazlıqlar barədə servis rəhbərliyinə məlumat vermək.
– Qeyd:şəxsi avtomobil mütləqdir(xərclər qarşılanır)
Namizədlərə tələblər:
– Təhsil: Texniki və ya peşə təhsili (mexanika, texniki xidmət və ya əlaqəli sahə üzrə);
– İş təcrübəsi: Təsərrüfat texnikaları aqreqat və ya avtomobil hissələrinin təmiri sahəsində ən azı 1 il iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– Yaş həddi: 22–40 arası namizədlər
– Servis mərkəzində işləmək təcrübəsi üstünlük sayılır.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Balakən filialı (Şəki, Qax, Balakən, Zaqatala da olan namizədlər müraciət edə bilər)
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Traktor üzrə çilingər” yazaraq [email protected] epoçt ünvanına ya da (050)273-04-92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil