Mazarina Trade Company MMC Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Təhkim olunmuş bölgələr üzrə filial və satış nöqtələrində planlı və plandankənar təftişlərin aparılması;
- Daxili prosedur, qayda və təlimatlara əməl olunmasına nəzarət edilməsi;
- Malların, sənədlərin və əməliyyatların düzgün aparılmasının yoxlanılması;
- Kassa, anbar və digər əməliyyat proseslərinin mövcud qaydalara uyğunluğunun qiymətləndirilməsi;
- Aşkar edilmiş nöqsan və uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və hesabatların hazırlanması;
- Təftiş nəticələrinə əsasən rəhbərliyə təklif və tövsiyələrin təqdim edilməsi;
- Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması prosesinin izlənilməsi;
- Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Tərtib olunan hesabatların vaxtında və düzgün şəkildə təqdim edilməsi;
- Şirkətin etik davranış qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi
Xüsusi tələblər
- Ali təhsil;
- Təftiş, audit, daxili nəzarət və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
- Analitik düşünmə, yüksək məsuliyyət hissi və detallara diqqət;
- Güclü ünsiyyət və problem həll etmə bacarığı;
- Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
- Şəxsi minik avtomobilinin olması (mütləq).
Şirkət tərəfindən təklif olunur:
- Rəqabətədavamlı əməkhaqqı;
- Avtomobil və yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;
- Korporativ mobil nömrə;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Stabil iş mühiti və peşəkar komandada çalışma imkanı;
- Karyera inkişafı və peşəkar yüksəliş perspektivi
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərini "Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi" qeyd etməklə [email protected] mail hesabına göndərilmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
MT 

Mazarina Trade Company MMC