CO CompanyCompany

Uşaq düşərgəsi üzrə koordinator

Şamaxı 19 saat əvvəl yerləşdirilib Mənbə
1–3 il
Aylıq maaş
₼700+
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Uşaq düşərgəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək, uşaqların təhlükəsiz, faydalı və əyləncəli mühitdə vaxt keçirməsini təmin etmək, düşərgə proqramlarının keyfiyyətli icrasına nəzarət etmək.

Ünvan : Şamaxı rayonu

Əmək haqqı : 700 manat

Tam iş qrafiki, zərurət olduqda növbəli iş rejimi

düşərgə ərazisində qalmaq və qidalanma ilə təmin olunmaq

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

CV-zi [email protected] ünvanına göndərə bilərsiniz

Öhdəliklər

Düşərgənin gündəlik fəaliyyət planını hazırlamaq və icrasını təmin etmək

Təlimçilərin, mentorların, animatorların və digər əməkdaşların işini koordinasiya etmək

Uşaqların qeydiyyatı, qruplaşdırılması və davamiyyətinə nəzarət etmək

Təhsil, idman, yaradıcılıq və əyləncə proqramlarının vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək

Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək

Valideynlərlə operativ və effektiv əlaqə saxlamaq, zəruri hallarda məlumatlandırma aparmaq

Uşaqlar arasında yarana biləcək mübahisə və problemlərin həllində iştirak etmək

Tibbi personal ilə əməkdaşlıq edərək uşaqların sağlamlıq vəziyyətinə dair məlumatların izlənilməsini təmin etmək

Ekskursiya, yarış və digər tədbirlərin təşkilini koordinasiya etmək

Düşərgə ərazisində nizam-intizamın qorunmasına dəstək vermək

Gündəlik və yekun hesabatlar hazırlamaq

Düşərgə rəhbərliyinin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək.

Məsuliyyəti

Düşərgə proqramlarının vaxtında və keyfiyyətlə icra edilməsinə görə

Uşaqların təhlükəsizliyinin təmin olunmasına görə

Daxili intizam və etik davranış qaydalarına riayət olunmasına görə

Hesabatların düzgünlüyünə və vaxtında təqdim edilməsinə görə

Məxfi məlumatların qorunmasına görə.

Tələblər

Ali və ya orta ixtisas təhsili (Təhsil, Pedaqogika, Psixologiya, Sosial iş, Menecment və ya əlaqəli sahələr üstünlükdür)

Uşaqlarla işləmək sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır

Təşkilatçılıq və liderlik bacarığı

Effektiv ünsiyyət və komandada işləmək bacarığı

Problem həll etmə və operativ qərarvermə bacarığı

Microsoft Office proqramlarında işləmək bacarığı

İlk tibbi yardım üzrə biliklər üstünlük hesab olunur

Şəxsi keyfiyyətlər

Uşaqlarla işləməyə yüksək maraq

Məsuliyyətli və intizamlı olmaq

Səbirli və diqqətli olmaq

Yaradıcı düşüncə tərzi

Stressə davamlılıq

Təşkilatçılıq və təşəbbüskarlıq.

 

 

CO Company
Company

Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et