SAMT LLC Vergi uçotu üzrə mühasib-Sumqayıt / Xızı
Vəzifə haqqında
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun aparılması;
ƏDV, mənfəət vergisi, ÖMV və digər vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər vergi sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
Vergi öhdəliklərinin hesablanması, təhlili və uçotunu həyata keçirmək;
Vergi orqanları ilə yazışmaları aparmaq və sorğuları cavablandırmaq;
Vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasını təmin etmək;
Vahid Bəyannamənin hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirmək;
Vergi risklərini təhlil etmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək.
Tələblər:
İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər;
ERP sistemləri və Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik və effektiv ünsiyyət bacarıqları;
PMS sertifikatının olması üstünlük hesab olunur.
Şirkət tərəfindən verilən imtiyazlar:
Nahar;
Könüllü tibbi sığorta;
Korporativ mobil nömrə;
İdman abonəliyi;
Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi uçotu üzrə mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…