Brend HouseBrend House

Vizual merçendayzer (Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər)

2 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 iyul 2026

Vəzifə haqqında

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş qrafiki 

  • Ünvan: Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız (Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər filiallarımız)

Əsas Vəzifələr:

  • Şirkətin vizual merçendayzinq standartlarına uyğun olaraq mağaza və vitrinlərin tərtibatını həyata keçirmək; 

  • Mövsümi kolleksiyaların, yeni məhsulların və kampaniyaların mağaza daxilində düzgün yerləşdirilməsini təmin etmək; 

  • Manekenlərin geyindirilməsi 

  • Məhsul qruplarının satış göstəricilərini nəzərə alaraq ekspozisiya planlarını tətbiq etmək; 

  • Mağazanın ümumi görünüşünə və vizual standartların qorunmasına gündəlik nəzarət etmək; 

  • Satış komandası ilə koordinasiyalı işləyərək məhsul təqdimatını optimallaşdırmaq; 

  • Foto hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; 

Namizədə tələblər:

  • Vizual merçendayzinq, moda, dizayn və ya pərakəndə satış sahəsində minimum 6 ay iş təcrübəsi; 

  • Moda tendensiyalarını və müasir vitrin tərtibatı prinsiplərini bilmək; 

  • Yüksək estetik zövq və kreativ yanaşma; 

  • Məkan planlaması və rəng uyğunluğu barədə anlayış; 

  • Operativ qərarvermə və problem həll etmə bacarığı; 

  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Komandamıza uyğun olan  namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Vizual merçendayzer”  və müraciət etmək istədiyi filialın adını qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər. 

Filialların çox olması səbəbiylə cv-də faktiki yaşayış yerinin dəqiq qeyd olunması vacibdir. 

Brend House
Brend House
Topdansatış və pərakəndə ticarət

Şirkətimiz Brend House retail fashion sektorda mağazalar şəbəkəsi olaraq, geyim mağazaları ilə Bakı və ətraf bölgələrdə , fəaliyyət göstərir.

Oxşar vakansiyalar

Hamısına bax