TAİS İKFTAİS İKF

Xadimə

Bakı 1 gün əvvəl yerləşdirilib Mənbə
1–3 il Qonaqpərvərlik
Aylıq maaş
₼500 – 600
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti:

  1. İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
  2. Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  3. Ünvan: TAİS -İKF MMC

 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsindəXadimə” qeyd etməklə [email protected] email ünvanına göndərə və ya qeyd olunan mobil nömrə ilə əlaqə saxlaya bilərlər.

Öhdəliklər

Müəssisənin inzibati və digər təyinatlı sahələrində təmizlik, səliqə-sahman və sanitariya-gigiyena normalarına uyğun işlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək

İş otaqları, iclas zalları, dəhlizlər, pilləkənlər, giriş hissələri, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini həyata keçirmək

İş yerlərində tozlanmanın, çirklənmənin və gigiyenik normalara uyğun olmayan halların qarşısını almaq üçün mütəmadi təmizlik işləri aparmaq

Sanitar qovşaqların daim təmiz, səliqəli və istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin etmək

Təmizlik zamanı istifadə olunan yuyucu, dezinfeksiyaedici və digər vasitələrdən təlimatlara uyğun, təhlükəsiz və səmərəli istifadə etmək

Təmizlik vasitələri, inventarlar və digər iş avadanlıqlarından düzgün istifadə etmək, onların qorunub saxlanılmasına diqqət yetirmək

Təmizlik üçün tələb olunan materialların ehtiyatına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək

Məişət tullantılarının toplanması, çeşidlənməsi və müəyyən olunmuş qaydada utilizasiya olunmasını təmin etmək

İş gününün əvvəlində və ya sonunda iş sahələrinin təmizliyini yoxlamaq, zəruri hallarda əlavə təmizlik işləri aparmaq

Müəssisədə keçirilən tədbirlər, görüşlər və xüsusi iş rejimi zamanı ərazilərin səliqəyə salınmasını və təmiz saxlanılmasını təmin etmək

İş yerində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək

İş prosesində məxfilik prinsiplərinə əməl etmək, iş otaqlarında olan sənəd və əşyalara qarşı diqqətli və məsuliyyətli davranmaq

Rəhbərliyin xidməti fəaliyyətlə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Tələblər

 

  1. Müvafiq sahədə iş təcrübəsi
  2. Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək bacarığı
  3. Təmizlik vasitələri və avadanlıqlarından düzgün və təhlükəsiz istifadə bacarığı
  4. Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı
  5. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı
  6. İş qrafikinə və müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək
TAİS İKF
TAİS İKF

TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et