Core Construction Xərclərə Nəzarət üzrə mütəxəssis
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Layihə xərclərinin monitorinqini aparmaq və büdcəyə uyğunluğuna nəzarət etmək;
- Faktiki xərcləri büdcə ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək və hesabatlar hazırlamaq;
- Podratçı aktlarını, hesab-fakturaları və ödəniş sənədlərini müqavilə şərtlərinə uyğun yoxlamaq;
- Layihə üzrə aylıq xərc hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satınalma, maliyyə və layihə komandaları ilə koordinasiyalı işləmək;
- Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq və ya Biznesin idarə edilməsi üzrə);
- Tikinti sahəsində Cost Control və ya xərclərə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- SAP, ERP və ya 1C proqramlarında işləmək bacarığı üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
- Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər CV-lərini "Xərclərə Nəzarət üzrə Mütəxəssis" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CC 

Core Construction
Tikinti
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə,…