Abu-life Group Xəzinədar (Masazır)
Vəzifə haqqında
Abu-life Group-dan vakansiya: Xəzinədar tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
– Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
– Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
– Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
– Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
– Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Namizədlərə tələblər:
– Təhsil : Ali təhsil
– İş təcrübəsi : Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
– Yaş həddi: 25-35 arası namizədlər
– Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
– Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
– Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
– Microsoft Office programları üzrə biliklərə malik olmalı;
– İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 19:00-kimi və 12:00-dan 21:00-kimi
– İş yeri: Masazır, Əliağa Vahid küçəsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 550 manat təşkil edir + satışdan %
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xəzinədar (Masazır)” yazaraq (099)204-07-18 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
