Xidmət dəstəyi üzrə operator
15 saat əvvəl yerləşdirilib Mənbə ↗
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- İnsidentlər və xidmət üzrə sifarişlərinin qəbulu;
- İş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sisteminə (OTRS) daxil olan müraciətlərin qeydiyyatı;
- İnsidentlərin birinci xətdə həlli və ya eskalasiyası;
- Sistemin monitorinqi (Nagios);
- İnsident həllindən sonra abonent ilə əks əlaqənin yaradılması;
- Abonent bazası (İronleg) sistemində sorğuya əsasən müvafiq dəyişikliklərin edilməsi;
- Qeydiyyata alınmış müraciətlərin vaxtında həlli və ya lazımi struktur bölməsinə dərhal yönləndirilməsi;
- Müraciətlərin həlli ilə bağlı lazım olduğu təqdirdə geridönüş zənglərinin yerinə yetirilməsi;
- Xidmət səviyyəsinin ölçülməsi ilə monitorinq sistemlərində göstəricilərin izlənilməsi və lazım təqdirdə müvafiq struktur bölməsinə məlumat vermək;
- Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.
Namizədə verilən tələblər:
- Ali təhsil;
- ən azı 1 (bir) il eyni və ya oxşar vəzifədə iş stajı;
- azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
- nitqi aydın və səlis olmalı;
- fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- müştərilərlə ünsiyyət qurma bacarığı;
- məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- MS Office proqramlarını bilməli.
- Yaş həddi: 30 yaşa qədər
İş qrafiki: I-V günlər, 09.00-18.00.
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Xidmət dəstəyi üzrə operator” yazmaqla göndərə bilərsiniz.
A 
AzEduNet MMC