MAŞ
Mətanət A Şirkətlər Qrupu
Yarımavtomat qaynaqçısı (Hacıqabul)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
Vəzifə haqqında
Təsvir
- Qaynaq üçün istifadə olunacaq materialları, alətləri və avadanlıqları düzgün hazırlamaq
- Qaynaq üçün düzgün elektrod teli və qaz (inert və ya aktiv) seçmək
- Yarımavtomat qaynaq maşınının parametrlərini (cəryan, gərginlik, tel sürəti) materialın növü və qalınlığına uyğun tənzimləmək
- Qaynaq ediləcək metal hissələri təmizləmək və qaynaq üçün hazırlamaq
- Qaynaqdan əvvəl metal hissələrinin düzgün yerləşdirilməsini təmin etmək və qaynaq yerində hər hansı bir əlavə tənzimləmə və ya sıxma işləri həyata keçirmək
- Yarımavtomat qaynaq aparatını işə salmaq və qaynaq başlatmaq
- Qaynaq başlığını düzgün yerləşdirmək və teldən düzgün qaynaq xətti çəkmək
- Qaynaq zamanı telin əridilməsini və ərimiş metalın düzgün birləşməsini təmin etmək
- Qaynaq prossesini müşahidə etmək və lazım olduqda qaynaq parametrlərini tənzimləmək
- Qaynaq başlığının düzgün mövqeyini təmin etmək, qaynaq tikişini davamlı və bərabər şəkildə çəkmək
- Qaynaq edilən materialın düzgün əriməsini və qüsursuz birləşməni təmin etmək
- Qaynaq işləri bitdikdən sonra qaynaq tikişlərini yoxlamaq və düzgünlüyünü qiymətləndirmək
- Hər hansı bir çatlama, qırılma və ya boşluqları aşkar etmək və dərhal düzəltmək
- Qaynaq tikişlərinin ölçü və keyfiyyətini yoxlamaq
- Qaynaqdan əvvəl və sonra metal hissələrini yoxlamaq və hər hansı bir qüsuru aradan qaldırmaq
- İşin sonunda qaynaq olunan hissələrin istismar şərtlərini uyğunluğunu təmin etmək üçün müvafiq testlər həyata keçirmək
- Yarımavtomat qaynaq aparatını mütəmadi olaraq yoxlamaq və təmizləmək
- Telin və qazın düzgün işlədiyini təmin etmək
- Qaynaq maşınının və alətlərinin düzgün işləməsini təmin etmək, cihazlarda yaranan nasazlıqları vaxtında təmir etmək
- Qaynaq başlığını, alətləri təmizləmək və saxlanmasını təmin etmək
- Avadanlıqda yaranan hər hansı bir nasazlıq barədə rəhbərliyə məlumat vermək və təmir üçün müvafiq tədbirləri görmək
- Kəsici alətlərdən (laqonda və s.) düzgün istifadə qaydalarını mükəmməl bilmək və işləri yerinə yetirmək
Tələblər
- Təhsil: Orta;
- Yaş həddi: 26-40;
İş şəraiti:
- İş rejimi: Növbəli;
- İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC);
Biz nə təklif edirik:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat şirkət tərəfin təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.