OLT
Old Line Trading Company

Yük avtomobil sürücüsü

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼1,285+
Müraciət et
Kateqoriya
Logistika

Vəzifə haqqında

İş şəraiti

  • Sahə: İstehsalat, təhlükəli yüklərin daşınması  
  • Əmək haqqı: 1285 AZN (gross)  
  • İş rejimi: qanunvericiliyə uyğun olaraq     

Vəzifə öhdəlikləri:  

  • Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək  
  • Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək  
  • Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq  
  • Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
  • Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili

Tələblər:  

  • Etibarlı C1E,CE  kateqoriyalı sürücülük vəsiqəsi  
  • Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi  
  • Yük maşınlarının idarə olunmasında təcrübə 
  • Məsuliyyətli, intizamlı və etibarlı olmaq  
  • Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq 
  • Minimum yaş həddi – 38-60 yaş 

Üstünlüklər:  

  • ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir  
  • Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir 
  • Texniki biliklərin olması əlavə üstünlükdür  

Qeyd: Sumqayıt, Abşeron və Xırdalan şəhərində yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını mövzu yerinə “Sürücü” yazmaqla Müraciət et düyməsində qeyd olunan Formu dolduraraq göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

: