Crystal Group 1C Mütəxəssisi (Tikinti sahəsi)
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Tikinti layihələri üzrə təchizat proseslərinin 1C proqramı vasitəsilə idarə edilməsi;
- Material və avadanlıqların alış proseslərinin sistemdə qeydiyyatı və izlənilməsi;
- Təchizat sənədlərinin (alış sifarişləri, qaimələr, anbar əməliyyatları və s.) 1C proqramında işlənməsi;
- Anbar hərəkətlərinə və mal-material qalıqlarına nəzarət;
- Təchizat, anbar və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması;
- 1C sistemində məlumatların düzgün və vaxtında daxil edilməsinin təmin edilməsi.
Xüsusi tələblər
- 1C proqramı ilə işləmək üzrə minimum 2 il iş təcrübəsi;
- Tikinti sahəsində və təchizat istiqamətində iş təcrübəsi mütləqdir;
- Tikinti materialları və təchizat prosesləri barədə biliklər;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş saatı 08:00-17:00-dək
- Nahar vaxtı 12:00-13:00-dək
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
C 

Crystal Group