BC
BMY Caspian MMC

SƏTƏM Mütəxəssisi (Tikinti sahəsi)

Posted 17 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
HR

About this role

İş yeri - Bakı və tikinti layihələri üzrə sahələr

İş qrafiki - Tam iş günü

Vəzifə öhdəlikləri

  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə və icrasına nəzarət etmək;
  • Tikinti işləri başlamazdan əvvəl risklərin qiymətləndirilməsini həyata keçirmək və təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək;
  • İşçilər üçün ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlandırmalarını keçirmək;
  • Tikinti meydançasında gündəlik yoxlamalar aparmaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabat hazırlamaq və onların aradan qaldırılmasına nəzarət etmək;
  • Hündürlükdə işlər, qaldırıcı mexanizmlər, qazıntı işləri, elektrik işləri və digər yüksək riskli fəaliyyətlər üzrə təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
  • Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
  • Qəza, insident və təhlükəli hallar üzrə araşdırmalar aparmaq, səbəbləri təhlil etmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
  • Fövqəladə hallara hazırlıq planlarının hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmək;
  • SƏTƏM üzrə aylıq, həftəlik və gündəlik hesabatları hazırlamaq;
  • Podratçı və subpodratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Dövlət qurumlarının yoxlamaları zamanı lazımi sənədləri təqdim etmək və prosesdə iştirak etmək.

Namizədə tələblər

  • Ali təhsil (Mühəndislik, Tikinti, Əməyin mühafizəsi və ya uyğun ixtisaslar üzrə);
  • Tikinti sahəsində SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyini bilmək;
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditlərinin aparılması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • SƏTƏM sahəsində beynəlxalq sertifikatların (NEBOSH, IOSH və s.) olması üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Liderlik və təşəbbüskarlıq;
  • Yüksək məsuliyyət hissi;
  • Nizam-intizamlı və nəticəyönümlü olmaq;
  • Stress altında işləmək bacarığı.

Şirkət təklif edir

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dinamik və peşəkar iş mühiti;
  • Karyera yüksəlişi perspektivi.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "SƏTƏM Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Similar jobs

: