AE Amper ElektrikAmper Elektrik

1C Operator

Posted 21 h ago Source
Finance
Monthly salary
₼800+
Application deadline
9 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə Təlimatları:

  • Satış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
  • Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
  • Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • Yazılmış qaimələrin yazılışına,düzgünlüyünə və təsdiqinə nəzarət 
  • Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
  • Mədaxil və məxaric sənədlərinin hazırlanması;
  • Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
  • Proqramda məhsul və kontragentlərin açılması;
  • Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;
  • Satış zamanı müştərilər tərəfindən göndərilən sifarışlərin operativ şəkildə proqrama daxil edilməsi;
  • Proqrama daxil edilmiş qaimələrin icrasına nəzarət;
  • Satış müdirinin verdiyi digər tapşırıqlar.

Tələblər:

  • Ali təhsil
  • Elektrik məhsullarının satışı sahəsində təcrübə;
  • 1C 8.3 proqramı üzrə mükəmməl biliklər;
  • Ofis proqramları bilikləri mütləqdir;
  • Dəqiq, çevik və diqqətli olmalı.

İş Şərtlərimiz:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı 800 Azn (NET) + Bonus
  • 6 günlük iş rejimi  
  • Ünvan: Abşeron Ticarət Mərkəzi

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “1C Operator” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

AE Amper Elektrik
Amper Elektrik
Topdansatış və pərakəndə ticarət

“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod,…

Similar jobs

See all