NormNorm

Ekskavator Operatoru

Posted 1 w ago Source: azvak.az ↗
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
18 iyul 2026

About this role

Hazırda şirkətimizə Ekskavator Operatorları tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Orta və ya orta ixtisas təhsili;

  • Ekskavator operatoru vəzifəsində minimum 2 il iş təcrübəsi;

  • Müvafiq operator sertifikatının və ya texnikanı idarə etmək hüququ verən sənədin olması;

  • Ekskavatorun texniki xüsusiyyətləri və təhlükəsiz istismarı üzrə biliklər;

  • Skid Steer Loader (Bobcat tipli yükləyici) avadanlığını idarə etmək bacarığı və ya bu sahədə iş təcrübəsi üstünlük hesab olunur;

  • Sənaye, istehsalat və ya tikinti sahəsində iş təcrübəsi;

  • Növbəli iş rejimində işləmək imkanı;

  • Məsuliyyətlilik, intizam və komanda ilə işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Ekskavatorun təhlükəsiz, səmərəli və təyinatına uyğun şəkildə idarə edilməsini təmin etmək;

  • Alternativ yanacaq (AF), xammal və digər materialların yüklənməsi, boşaldılması və daşınması işlərini yerinə yetirmək;

  • İstehsalat ehtiyaclarına uyğun olaraq, zərurət yarandıqda Bobcat tipli yükləyici (Skid Steer Loader) avadanlığını idarə etmək;

  • Alternativ yanacaq qidalandırma sisteminin fasiləsiz işləməsinə dəstək vermək;

  • Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərə məlumat vermək;

  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Similar jobs

See all