Norm Ekskavator Operatoru
О должности
Hazırda şirkətimizə Ekskavator Operatorları tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Orta və ya orta ixtisas təhsili;
Ekskavator operatoru vəzifəsində minimum 2 il iş təcrübəsi;
Müvafiq operator sertifikatının və ya texnikanı idarə etmək hüququ verən sənədin olması;
Ekskavatorun texniki xüsusiyyətləri və təhlükəsiz istismarı üzrə biliklər;
Skid Steer Loader (Bobcat tipli yükləyici) avadanlığını idarə etmək bacarığı və ya bu sahədə iş təcrübəsi üstünlük hesab olunur;
Sənaye, istehsalat və ya tikinti sahəsində iş təcrübəsi;
Növbəli iş rejimində işləmək imkanı;
Məsuliyyətlilik, intizam və komanda ilə işləmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
Ekskavatorun təhlükəsiz, səmərəli və təyinatına uyğun şəkildə idarə edilməsini təmin etmək;
Alternativ yanacaq (AF), xammal və digər materialların yüklənməsi, boşaldılması və daşınması işlərini yerinə yetirmək;
İstehsalat ehtiyaclarına uyğun olaraq, zərurət yarandıqda Bobcat tipli yükləyici (Skid Steer Loader) avadanlığını idarə etmək;
Alternativ yanacaq qidalandırma sisteminin fasiləsiz işləməsinə dəstək vermək;
Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərə məlumat vermək;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
