A
Adore

1C üzrə Operator (Anbar)

Posted 22 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Finance

About this role

Vəzifə Haqqında

  • Şirkətimizin anbar şöbəsinə 1C 8.3 proqramında işləmə bacarığına malik, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan 1C üzrə Operator axtarırıq. Vəzifənin əsas məqsədi anbar əməliyyatlarının vaxtında və dəqiq sənədləşdirilməsi, mal-material hərəkətinin uçotunun aparılması və anbar proseslərinin fasiləsiz idarə olunmasına dəstək verilməsidir.

Vəzifə Öhdəlikləri

  • İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura və s.) qeydiyyatının aparılması və düzgünlüyünün təmin edilməsi;
  • Anbara daxil olan mal və materialların qəbulu, yerləşdirilməsi və müvafiq sənədlərlə rəsmiləşdirilməsi;
  • Mal və materialların anbara daxilolma və çıxış əməliyyatlarının 1C 8.3 proqramında dəqiq və vaxtında əks etdirilməsi;
  • Göndərmə fakturaları əsasında gündəlik anbar üzləşmələrinin aparılması və uyğunsuzluqların aşkar edilməsi;
  • Dövri inventarizasiya proseslərində fəal iştirak edilməsi və nəticələrin sənədləşdirilməsi;
  • Anbar sənədlərinin müvafiq qaydada arxivləşdirilməsi və sistemli şəkildə saxlanılması.

Namizədə Tələblər

  • Ali və ya orta-ixtisas təhsili;
  • Azərbaycan dilini sərbəst bilməsi (rus dili biliyi üstünlük hesab olunur);
  • Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
  • Müvafiq vəzifə üzrə minimum 1–2 il iş təcrübəsi;
  • Yüksək məsuliyyətli, səliqəlilik və dəqiqlik (punktuallıq).

İş Şəraiti

  • İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00 (5/2);
  • Korporativ mobil nömrə təqdim olunur;
  • Şirkət daxili əlavə endirim və bonus imkanları mövcuddur;
  • İş yeri — Anbar, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir.

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Zəhmət olmasa, məktubun mövzu (subject) hissəsində müraciət etdiyiniz vəzifənin adını — “1C üzrə Operator (Anbar)” — qeyd edin.

Similar jobs

: