A
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Vəzifə Haqqında
- Şirkətimizin anbar şöbəsinə 1C 8.3 proqramında işləmə bacarığına malik, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan 1C üzrə Operator axtarırıq. Vəzifənin əsas məqsədi anbar əməliyyatlarının vaxtında və dəqiq sənədləşdirilməsi, mal-material hərəkətinin uçotunun aparılması və anbar proseslərinin fasiləsiz idarə olunmasına dəstək verilməsidir.
Vəzifə Öhdəlikləri
- İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura və s.) qeydiyyatının aparılması və düzgünlüyünün təmin edilməsi;
- Anbara daxil olan mal və materialların qəbulu, yerləşdirilməsi və müvafiq sənədlərlə rəsmiləşdirilməsi;
- Mal və materialların anbara daxilolma və çıxış əməliyyatlarının 1C 8.3 proqramında dəqiq və vaxtında əks etdirilməsi;
- Göndərmə fakturaları əsasında gündəlik anbar üzləşmələrinin aparılması və uyğunsuzluqların aşkar edilməsi;
- Dövri inventarizasiya proseslərində fəal iştirak edilməsi və nəticələrin sənədləşdirilməsi;
- Anbar sənədlərinin müvafiq qaydada arxivləşdirilməsi və sistemli şəkildə saxlanılması.
Namizədə Tələblər
- Ali və ya orta-ixtisas təhsili;
- Azərbaycan dilini sərbəst bilməsi (rus dili biliyi üstünlük hesab olunur);
- Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
- Müvafiq vəzifə üzrə minimum 1–2 il iş təcrübəsi;
- Yüksək məsuliyyətli, səliqəlilik və dəqiqlik (punktuallıq).
İş Şəraiti
- İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00 (5/2);
- Korporativ mobil nömrə təqdim olunur;
- Şirkət daxili əlavə endirim və bonus imkanları mövcuddur;
- İş yeri — Anbar, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Zəhmət olmasa, məktubun mövzu (subject) hissəsində müraciət etdiyiniz vəzifənin adını — “1C üzrə Operator (Anbar)” — qeyd edin.