A
Azərpoçt MMC

Alternativ Maliyyə Xidmətləri Şöbəsinin Müdiri

Bakı Posted 5 d ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Category
Finance

About this role

Təsvir

  • Şöbənin fəaliyyətini təşkil etmək, idarə etmək və fəaliyyət nəticələrinə görə məsuliyyət daşımaq;
  • Alternativ maliyyə xidmətləri istiqamətində strateji inkişaf təşəbbüslərinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
  • Yeni biznes imkanlarının, satış kanallarının, tərəfdaşlıq modellərinin və gəlir mənbələrinin müəyyənləşdirilməsini təşkil etmək;
  • Beynəlxalq kart təşkilatları, ödəniş xidməti təchizatçıları, agentlər, xidmət təminatçıları və digər tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin qurulmasına və inkişafına rəhbərlik etmək;
  • Beynəlxalq kart təşkilatlarının təşviq proqramları və biznes təşəbbüsləri üzrə danışıqların aparılmasını və təşkilatın maraqlarının təmsil olunmasını təmin etmək;
  • Yeni tərəfdaşlıq təşəbbüsləri üzrə biznes modellərinin, kommersiya şərtlərinin, gəlirlilik təhlillərinin və iqtisadi əsaslandırmaların hazırlanmasını təşkil etmək;
  • Yeni məhsul, xidmət və əməkdaşlıq təşəbbüslərinin formalaşdırılmasını təmin etmək və aidiyyəti layihələrin icrasını koordinasiya etmək;
  • Tərəfdaşlarla bağlanacaq müqavilələrin biznes hissəsinin hazırlanmasını və kommersiya şərtlərinin razılaşdırılmasını təmin etmək;
  • Mövcud tərəfdaşlarla əməkdaşlıq şərtlərini, tarifləri və gəlir paylaşımı mexanizmlərini təhlil etmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
  • Bazar araşdırmalarının aparılmasını və rəqabət mühitinin təhlil edilməsini təşkil etmək;
  • Şöbənin fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak etmək, icrasına nəzarət etmək və nəticələr üzrə hesabatlılığı təmin etmək;
  • Şöbə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf ehtiyaclarını müəyyən etmək və peşəkar inkişaflarını dəstəkləmək;
  • Şöbənin fəaliyyəti üzrə dövri hesabatlar, təqdimatlar və təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şöbənin fəaliyyətinin daxili normativ sənədlərə, strateji hədəflərə və qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək.

Tələblər

Təhsil

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya İnformasiya texnologiyaları sahələri üzrə ali təhsil.

Üstünlük hesab edilir:

  • Magistr təhsili;
  • MBA dərəcəsi;
  • Müvafiq beynəlxalq peşəkar sertifikatlar.

İş təcrübəsi

  • Bankçılıq, ödəniş xidmətləri, fintech və ya maliyyə xidmətləri sahəsində minimum 5 il iş təcrübəsi;
  • Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi.

Üstünlük hesab edilir:

  • Visa və Mastercard layihələrində iştirak təcrübəsi;
  • Acquiring biznesi üzrə təcrübə;
  • Agent və tərəfdaş şəbəkələrinin idarə olunması təcrübəsi;
  • Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə təcrübə.

Peşəkar biliklər

  • Ödəniş ekosistemi və kart əsaslı ödəniş alətləri üzrə biliklər;
  • Acquiring və issuing biznesi üzrə biliklər;
  • Agent və tərəfdaşlıq modelləri üzrə biliklər;
  • Rəqəmsal ödəniş xidmətləri üzrə biliklər;
  • Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə biliklər;
  • Kommersiya danışıqlarının aparılması bacarığı;
  • Gəlir modellərinin hazırlanması və gəlirlilik təhlili üzrə biliklər;
  • Bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə biliklər;
  • Visa, Mastercard və digər beynəlxalq ödəniş sistemlərinin məhsulları, proqramları və əməkdaşlıq modelləri üzrə biliklər;
  • Biznes əsaslandırmalarının hazırlanması və büdcələşdirmə prinsipləri üzrə biliklər;
  • Komissiya və gəlir paylaşımı modelləri üzrə anlayış.

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili – minimum B2 səviyyəsində.
  • Rus dili biliyi (üstünlükdür)

Kompüter bilikləri

  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

Üstünlük hesab edilir:

  • Power BI proqramında işləmək bacarığı.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə və strateji yanaşma;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Yüksək məsuliyyətlilik və qərarvermə bacarığı.

Əlavə üstünlüklər

  • Merchant acquiring layihələri üzrə təcrübə;
  • QR ödənişləri və mobil ödəniş həlləri üzrə təcrübə;
  • Loyalty və cashback proqramlarının idarə olunması üzrə təcrübə;
  • Visa Business Development və Mastercard Business Development proqramları ilə iş təcrübəsi

Similar jobs

: