A
Azərpoçt MMC
Alternativ Maliyyə Xidmətləri Şöbəsinin Müdiri
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Şöbənin fəaliyyətini təşkil etmək, idarə etmək və fəaliyyət nəticələrinə görə məsuliyyət daşımaq;
- Alternativ maliyyə xidmətləri istiqamətində strateji inkişaf təşəbbüslərinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
- Yeni biznes imkanlarının, satış kanallarının, tərəfdaşlıq modellərinin və gəlir mənbələrinin müəyyənləşdirilməsini təşkil etmək;
- Beynəlxalq kart təşkilatları, ödəniş xidməti təchizatçıları, agentlər, xidmət təminatçıları və digər tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin qurulmasına və inkişafına rəhbərlik etmək;
- Beynəlxalq kart təşkilatlarının təşviq proqramları və biznes təşəbbüsləri üzrə danışıqların aparılmasını və təşkilatın maraqlarının təmsil olunmasını təmin etmək;
- Yeni tərəfdaşlıq təşəbbüsləri üzrə biznes modellərinin, kommersiya şərtlərinin, gəlirlilik təhlillərinin və iqtisadi əsaslandırmaların hazırlanmasını təşkil etmək;
- Yeni məhsul, xidmət və əməkdaşlıq təşəbbüslərinin formalaşdırılmasını təmin etmək və aidiyyəti layihələrin icrasını koordinasiya etmək;
- Tərəfdaşlarla bağlanacaq müqavilələrin biznes hissəsinin hazırlanmasını və kommersiya şərtlərinin razılaşdırılmasını təmin etmək;
- Mövcud tərəfdaşlarla əməkdaşlıq şərtlərini, tarifləri və gəlir paylaşımı mexanizmlərini təhlil etmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
- Bazar araşdırmalarının aparılmasını və rəqabət mühitinin təhlil edilməsini təşkil etmək;
- Şöbənin fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak etmək, icrasına nəzarət etmək və nəticələr üzrə hesabatlılığı təmin etmək;
- Şöbə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf ehtiyaclarını müəyyən etmək və peşəkar inkişaflarını dəstəkləmək;
- Şöbənin fəaliyyəti üzrə dövri hesabatlar, təqdimatlar və təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şöbənin fəaliyyətinin daxili normativ sənədlərə, strateji hədəflərə və qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək.
Tələblər
Təhsil
- Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya İnformasiya texnologiyaları sahələri üzrə ali təhsil.
Üstünlük hesab edilir:
- Magistr təhsili;
- MBA dərəcəsi;
- Müvafiq beynəlxalq peşəkar sertifikatlar.
İş təcrübəsi
- Bankçılıq, ödəniş xidmətləri, fintech və ya maliyyə xidmətləri sahəsində minimum 5 il iş təcrübəsi;
- Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi.
Üstünlük hesab edilir:
- Visa və Mastercard layihələrində iştirak təcrübəsi;
- Acquiring biznesi üzrə təcrübə;
- Agent və tərəfdaş şəbəkələrinin idarə olunması təcrübəsi;
- Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə təcrübə.
Peşəkar biliklər
- Ödəniş ekosistemi və kart əsaslı ödəniş alətləri üzrə biliklər;
- Acquiring və issuing biznesi üzrə biliklər;
- Agent və tərəfdaşlıq modelləri üzrə biliklər;
- Rəqəmsal ödəniş xidmətləri üzrə biliklər;
- Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə biliklər;
- Kommersiya danışıqlarının aparılması bacarığı;
- Gəlir modellərinin hazırlanması və gəlirlilik təhlili üzrə biliklər;
- Bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə biliklər;
- Visa, Mastercard və digər beynəlxalq ödəniş sistemlərinin məhsulları, proqramları və əməkdaşlıq modelləri üzrə biliklər;
- Biznes əsaslandırmalarının hazırlanması və büdcələşdirmə prinsipləri üzrə biliklər;
- Komissiya və gəlir paylaşımı modelləri üzrə anlayış.
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – minimum B2 səviyyəsində.
- Rus dili biliyi (üstünlükdür)
Kompüter bilikləri
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
Üstünlük hesab edilir:
- Power BI proqramında işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və strateji yanaşma;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- Yüksək məsuliyyətlilik və qərarvermə bacarığı.
Əlavə üstünlüklər
- Merchant acquiring layihələri üzrə təcrübə;
- QR ödənişləri və mobil ödəniş həlləri üzrə təcrübə;
- Loyalty və cashback proqramlarının idarə olunması üzrə təcrübə;
- Visa Business Development və Mastercard Business Development proqramları ilə iş təcrübəsi