İ İnomarka.azİnomarka.az

Amerikadan Avtomobillərin Satış Meneceri

Posted 20 h ago Source
Customer Service
Monthly salary
Salary negotiable
Application deadline
7 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Inomarka komandasına ABŞ avtomobil bazarı üzrə təcrübəli, satış bacarıqları yüksək və müştəriyönümlü Amerikadan Avtomobillərin Satış Meneceri axtarır.

Bu vəzifənin əsas məqsədi ABŞ avtomobil hərraclarından müştərilərin tələblərinə uyğun avtomobillərin seçilməsi, satış prosesinin peşəkar şəkildə idarə olunması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsidir.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil seçimində peşəkar məsləhət vermək;
  • ABŞ avtomobil hərraclarında (Copart, IAAI, Manheim və s.) avtomobillərin axtarışı və seçilməsi;
  • Avtomobillərin tarixçəsinin, texniki vəziyyətinin və bazar dəyərinin təhlil edilməsi;
  • Müştərilərlə danışıqların aparılması və satış prosesinin idarə olunması;
  • Sifarişdən avtomobilin təhvilinə qədər bütün mərhələlərin koordinasiya olunması;
  • Müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə uzunmüddətli münasibətlərin qurulması;
  • Satış planlarının icrası və aylıq satış hədəflərinə nail olunması;
  • ABŞ avtomobil bazarında qiymət dəyişiklikləri və bazar tendensiyalarının izlənilməsi;
  • CRM sistemində müştəri məlumatlarının və satış prosesinin düzgün idarə olunması.
  • Gündəlik olaraq müxtəlif sosial şəbəkələrdə canlı yayım açaraq şirkətin xidmətlərinin təklif edilməsi

Namizəddən gözləntilər:

  • Ali təhsil (üstünlükdür);
  • ABŞ avtomobil hərracları (Copart, IAAI, Manheim və s.) ilə minimum 2 il iş təcrübəsi (mütləqdir);
  • Amerikadan avtomobil sifarişi və idxalı prosesini yaxşı bilmək;
  • Avtomobillərin texniki vəziyyətini, Carfax və AutoCheck hesabatlarını analiz etmək bacarığı;
  • Satış sahəsində uğurlu iş təcrübəsi və güclü ünsiyyət bacarıqları;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • Əməkhaqqı: Razılaşma yolu ilə + satış nəticələrinə əsasən əlavə bonus;
  • İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və ya bazar günləri dəyişkən qrafiklə
  • İş yeri: Ofis Ağ Şəhərdə yerləşir

Biz nə təklif edirik?

  • Azərbaycanın aparıcı avtomobil şirkətlərindən birində işləmək imkanı;
  • Güclü və peşəkar komanda ilə çalışma imkanı;
  • Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
  • Müasir iş mühiti və rahat ofis şəraiti.

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.

İ İnomarka.az
İnomarka.az

Similar jobs

See all