CSCaucasian Supplies MMC

Satış meneceri / Sosial media satış mütəxəssisi

Bakı Posted 2 h ago Source
1–3 years Marketing
Monthly salary
₼400 – 1,500
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Şirkət haqqında

 

Şirkətimiz onlayn satış istiqamətində fəaliyyətini genişləndirmək üçün enerjili, satış yönümlü və sosial media üzərindən məhsul satışı bacaran əməkdaş axtarır. Axtardığımız namizəd həm sosial şəbəkələrdə aktiv satış aparmalı, həm onlayn mağazaları idarə etməli, həm də müştərilərlə peşəkar ünsiyyət quraraq satış nəticəsi gətirməlidir.

 

Öhdəliklər

Şirkətin məhsullarının sosial şəbəkələr üzərindən aktiv satışını həyata keçirmək

TikTok, Instagram və digər platformalarda məhsulların tanıtımı və satışı ilə məşğul olmaq

Zərurət olduqda TikTok və Instagram üzərindən canlı yayımlar açaraq məhsul təqdimatı və satış etmək

Sosial şəbəkələrdə mütəmadi paylaşım, məhsul təqdimatı, storilər və satış yönümlü kontentlərin hazırlanmasında iştirak etmək

Birmarket, Tap.az və digər onlayn satış platformalarında mağazanın idarə olunması

Gələn sifarişlərin qəbul edilməsi, müştərilərlə əlaqə saxlanılması və satışın tamamlanması

Telefon zənglərinə və sosial media üzərindən gələn mesajlara operativ və peşəkar şəkildə cavab vermək

Müştərinin ehtiyacını düzgün anlayaraq uyğun məhsulu təklif etmək və satışı bağlamaq

Satış sonrası müştəri məmnuniyyətinin izlənilməsi

Məhsullar, kampaniyalar və qiymətlərlə bağlı daimi məlumatlı olmaq

Rəhbərliyə satış nəticələri və müştəri sorğuları ilə bağlı hesabat vermək

Tələblər

Satış sahəsində təcrübə

Sosial şəbəkələr üzərindən məhsul satışı bacarığı

TikTok və Instagram platformalarında işləmək, canlı yayım aparmaq və məhsul təqdim etmək bacarığı

Birmarket, Tap.az və digər marketplace platformalarında işləmə təcrübəsi üstünlükdür

Müştərilərlə səlis, nəzakətli və inandırıcı danışıq bacarığı

Telefonla satış, yazışma ilə satış və canlı satış bacarığı

Aktiv, ünsiyyətcil, enerjili və nəticəyönümlü olmaq

Satış etməyi sevən, məhsulu təqdim etməyi və müştəri ilə işləməyi bacaran olmaq

Azərbaycan dilində səlis danışıq, rus dili biliyi üstünlükdür

Komandada işləmək və məsuliyyət daşımaq bacarığı

 

Biz nə təklif edirik

Stabil iş yeri və uzunmüddətli əməkdaşlıq imkanı

Fix əməkhaqqı + satışdan bonus sistemi

Sosial media və onlayn satış istiqamətində inkişaf imkanı

Rahat iş mühiti və satış yönümlü komanda

 

Qeyd: Bu vakansiya yalnız paylaşımla məşğul olan sosial media administratoru üçün deyil. Bizə həm satış etməyi bacaran, həm müştəri ilə danışıb sifarişi bağlayan, həm də sosial şəbəkələrdə aktiv şəkildə məhsul təqdim edib satış edə bilən əməkdaş lazımdır.

CS
Caucasian Supplies MMC

Similar jobs

See all
Apply