AD
ARV Doors

Anbardar

Posted 5 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Logistics

About this role

Vəzifə öhdəlikləri

  • İstehsalat üçün daxil olan xammal, material, aksesuar və digər malların qəbulunu, sayımını və anbara yerləşdirilməsini həyata keçirmək;
  • Hazır qapıların, yarımfabrikatların və istehsalat materiallarının anbar uçotunu aparmaq;
  • Anbara daxil olan və anbardan çıxan məhsullar üzrə mədaxil-məxaric sənədlərini hazırlamaq və qeydiyyatını aparmaq;
  • İstehsalat sahələrinə materialların vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
  • Hazır məhsulların müştəri sifarişlərinə uyğun şəkildə yüklənməsi və təhvil verilməsi prosesini təşkil etmək;
  • Anbar qalıqlarına gündəlik nəzarət etmək, çatışmazlıq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • Dövri inventarizasiya proseslərində iştirak etmək və inventar nəticələrinin düzgünlüyünü təmin etmək;
  • Materialların, aksesuarların və hazır məhsulların saxlanma qaydalarına riayət olunmasını təmin etmək;
  • Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Anbar əməliyyatları ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər

  • Anbardar və ya anbar üzrə məsul şəxs vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Anbar uçotu, inventarizasiya və sənədləşmə prosesləri üzrə biliklər;
  • MS Excel proqramında işləmək bacarığı;
  • Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq;
  • Komandada işləmək və iş proseslərini effektiv koordinasiya etmək bacarığı;
  • İstehsalat və ya mebel/qapı sektorunda təcrübə üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə qabiliyyəti;
  • Operativ qərarvermə bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Stabil əmək haqqı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar və dinamik iş mühiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs

: