AD
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- İstehsalat üçün daxil olan xammal, material, aksesuar və digər malların qəbulunu, sayımını və anbara yerləşdirilməsini həyata keçirmək;
- Hazır qapıların, yarımfabrikatların və istehsalat materiallarının anbar uçotunu aparmaq;
- Anbara daxil olan və anbardan çıxan məhsullar üzrə mədaxil-məxaric sənədlərini hazırlamaq və qeydiyyatını aparmaq;
- İstehsalat sahələrinə materialların vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
- Hazır məhsulların müştəri sifarişlərinə uyğun şəkildə yüklənməsi və təhvil verilməsi prosesini təşkil etmək;
- Anbar qalıqlarına gündəlik nəzarət etmək, çatışmazlıq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
- Dövri inventarizasiya proseslərində iştirak etmək və inventar nəticələrinin düzgünlüyünü təmin etmək;
- Materialların, aksesuarların və hazır məhsulların saxlanma qaydalarına riayət olunmasını təmin etmək;
- Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Anbar əməliyyatları ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Anbardar və ya anbar üzrə məsul şəxs vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Anbar uçotu, inventarizasiya və sənədləşmə prosesləri üzrə biliklər;
- MS Excel proqramında işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq;
- Komandada işləmək və iş proseslərini effektiv koordinasiya etmək bacarığı;
- İstehsalat və ya mebel/qapı sektorunda təcrübə üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə qabiliyyəti;
- Operativ qərarvermə bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Nəticəyönümlülük və təşəbbüskarlıq.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Stabil əmək haqqı;
- Karyera inkişafı imkanları;
- Peşəkar və dinamik iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.