PC
Prime Cotton

Aparıcı Maliyyə Analitiki (Büdcə və Nəzarət) Mingəçevir

Posted 16 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Finance

About this role

Təsvir

  • Cəmiyyətin illik büdcəsinin hazırlanması, konsolidasiyası və icrasına nəzarət etmək;
  • Aylıq, rüblük və illik büdcə icra göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlilini həyata keçirmək;
  • Büdcədən kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq;
  • Şirkətin struktur bölmələri üzrə büdcə planlaması prosesini koordinasiya etmək;
  • Əməliyyat və investisiya xərclərinin monitorinqini və maliyyə nəzarətini həyata keçirmək;
  • Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində təhlillər aparmaq və təkliflər vermək;
  • Aylıq idarəetmə hesabatlarını, maliyyə təhlillərini və performans göstəricilərini hazırlamaq;
  • Pul vəsaitlərinin hərəkəti, gəlirlik, rentabellik və xərc göstəriciləri üzrə təhlillər aparmaq;
  • Maliyyə proqnozlarının hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Maliyyə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq;
  • ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək və analitik məlumat bazalarının formalaşdırılmasını təmin etmək;
  • Audit, büdcə və maliyyə yoxlamaları zamanı tələb olunan məlumat və hesabatları təqdim etmək;
  • Şirkətdə tətbiq olunan maliyyə siyasətlərinə, prosedurlara və daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə analitikası, büdcələmə, maliyyə planlaşdırılması və ya maliyyə nəzarəti sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat, aqrar, tekstil və ya iri korporativ strukturlarda iş təcrübəsi üstünlükdür;
  • ACCA, CIMA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
  • IFRS bilikləri;
  • Büdcələmə, planlama, maliyyə modelləşdirilməsi və maliyyə təhlili üzrə biliklər;
  • İdarəetmə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə təcrübə;
  • Xərc uçotu, xərc nəzarəti və maliyyə performansının qiymətləndirilməsi üzrə biliklər;
  • ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə işləmək bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Power BI və ya digər analitik hesabat platformaları üzrə biliklər üstünlükdür;
  • Maliyyə risklərinin qiymətləndirilməsi və daxili nəzarət mexanizmləri üzrə biliklər;
  • Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma;
  • Güclü təqdimat və ünsiyyət bacarıqları;
  • Məxfi məlumatlarla işləmək və etik davranış prinsiplərinə riayət etmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 21 iyun 2026 (bu elan) · jobsearch.az
  • 2 iyun 2026 · glorri.az

Similar jobs

: