PC
Prime Cotton
Aparıcı Maliyyə Analitiki (Büdcə və Nəzarət) Mingəçevir
Опубликовано 16 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Финансы
О должности
Təsvir
- Cəmiyyətin illik büdcəsinin hazırlanması, konsolidasiyası və icrasına nəzarət etmək;
- Aylıq, rüblük və illik büdcə icra göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlilini həyata keçirmək;
- Büdcədən kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq;
- Şirkətin struktur bölmələri üzrə büdcə planlaması prosesini koordinasiya etmək;
- Əməliyyat və investisiya xərclərinin monitorinqini və maliyyə nəzarətini həyata keçirmək;
- Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində təhlillər aparmaq və təkliflər vermək;
- Aylıq idarəetmə hesabatlarını, maliyyə təhlillərini və performans göstəricilərini hazırlamaq;
- Pul vəsaitlərinin hərəkəti, gəlirlik, rentabellik və xərc göstəriciləri üzrə təhlillər aparmaq;
- Maliyyə proqnozlarının hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Maliyyə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq;
- ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək və analitik məlumat bazalarının formalaşdırılmasını təmin etmək;
- Audit, büdcə və maliyyə yoxlamaları zamanı tələb olunan məlumat və hesabatları təqdim etmək;
- Şirkətdə tətbiq olunan maliyyə siyasətlərinə, prosedurlara və daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə analitikası, büdcələmə, maliyyə planlaşdırılması və ya maliyyə nəzarəti sahəsində minimum 5 il iş təcrübəsi;
- İstehsalat, aqrar, tekstil və ya iri korporativ strukturlarda iş təcrübəsi üstünlükdür;
- ACCA, CIMA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- IFRS bilikləri;
- Büdcələmə, planlama, maliyyə modelləşdirilməsi və maliyyə təhlili üzrə biliklər;
- İdarəetmə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə təcrübə;
- Xərc uçotu, xərc nəzarəti və maliyyə performansının qiymətləndirilməsi üzrə biliklər;
- ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə işləmək bacarığı;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Power BI və ya digər analitik hesabat platformaları üzrə biliklər üstünlükdür;
- Maliyyə risklərinin qiymətləndirilməsi və daxili nəzarət mexanizmləri üzrə biliklər;
- Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma;
- Güclü təqdimat və ünsiyyət bacarıqları;
- Məxfi məlumatlarla işləmək və etik davranış prinsiplərinə riayət etmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 21 iyun 2026 (bu elan) · jobsearch.az
- 2 iyun 2026 · glorri.az