CCA
Concept Consulting and Management

Aparıcı Mühasib

Posted 21 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Hospitality

About this role

Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Aparıcı Mühasib” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
  • Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunu aparmaq;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Elektron qaimə-fakturaların mühasibatlıq sistemində düzgün əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq və amortizasiya hesablamalarını həyata keçirmək;
  • Kreditor və debitor borcları üzrə üzləşmələr aparmaq;
  • Ödəniş planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Müştəri hesablarını hazırlamaq və müştərilərə təqdim etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icrasına nəzarət sistemini qurmaq və təkmilləşdirmək;
  • Vergi orqanlarına təqdim edilməli hesabatları hazırlamaq və təqdim etmək;
  • Statistik hesabatları hazırlamaq və müvafiq qurumlara göndərmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək.

Tələblər:

  • Yaş həddi: 23-35
  • İqtisadiyyat, maliyyə və müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (iaşə və ya restoran sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • Mühasibat uçotu prinsiplərini, müxabirləşmələri və uçot əməliyyatlarını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • IIKO proqramı üzrə biliklərin olması üstünlük hesab edilir;
  • Analitik düşünmə və planlaşdırma bacarığı;
  • Məsuliyyətlilik, intizamlılıq və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23;
  • İş qrafiki: 6 günlük;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Əməkhaqqı: Razılaşma yolu ilə.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına “Aparıcı Mühasib” qeyd edərək göndərə bilər.

Similar jobs

: