CCA
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Aparıcı Mühasib” tələb olunur.
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunu aparmaq;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
- Elektron qaimə-fakturaların mühasibatlıq sistemində düzgün əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq və amortizasiya hesablamalarını həyata keçirmək;
- Kreditor və debitor borcları üzrə üzləşmələr aparmaq;
- Ödəniş planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Müştəri hesablarını hazırlamaq və müştərilərə təqdim etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icrasına nəzarət sistemini qurmaq və təkmilləşdirmək;
- Vergi orqanlarına təqdim edilməli hesabatları hazırlamaq və təqdim etmək;
- Statistik hesabatları hazırlamaq və müvafiq qurumlara göndərmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək.
Tələblər:
- Yaş həddi: 23-35
- İqtisadiyyat, maliyyə və müvafiq sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (iaşə və ya restoran sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Mühasibat uçotu prinsiplərini, müxabirləşmələri və uçot əməliyyatlarını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- IIKO proqramı üzrə biliklərin olması üstünlük hesab edilir;
- Analitik düşünmə və planlaşdırma bacarığı;
- Məsuliyyətlilik, intizamlılıq və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23;
- İş qrafiki: 6 günlük;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Əməkhaqqı: Razılaşma yolu ilə.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına “Aparıcı Mühasib” qeyd edərək göndərə bilər.