Qarabağ Universitetinin Klinikası Aparıcı Mühasib
Work mode Full-time Experience 3–5 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Debitor və kreditor borclarının uçotunu aparmaq, kontragentlərlə üzləşmələr həyata keçirmək və hesablaşmalara nəzarət etmək;
- Vergi uçotunu təşkil etmək, xüsusilə ƏDV üzrə əməliyyatların düzgün uçotuna və vergi qanunvericiliyinə uyğun istifadəyə nəzarət etmək;
- Vergi öhdəliklərinin düzgün hesablanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə ödənilməsini təmin etmək;
- Mühasibat uçotunun qanunvericiliyin tələblərinə və tətbiq olunan standartlara uyğun aparılmasını təmin etmək;
- Gündəlik maliyyə əməliyyatlarını və ödəniş proseslərini planlaşdırmaq, koordinasiya etmək və nəzarətdə saxlamaq;
- İnternet Banking sistemləri vasitəsilə bank hesablarını idarə etmək və ödəniş əməliyyatlarını həyata keçirmək;
- Xəzinədarlıq portalı üzərindən ödənişlərin hazırlanmasını və icrasını təmin etmək;
- Müqavilələr üzrə maliyyə öhdəliklərinin icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;
- Aylıq, rüblük və illik vergi, statistika və digər icbari hesabatları hazırlamaq və aidiyyəti dövlət qurumlarına təqdim etmək;
- Əsas vəsaitlərin, material ehtiyatlarının və digər aktivlərin uçotunu aparmaq;
- Büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və büdcənin icrasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların (əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlər) düzgün uçotunu təmin etmək;
- Maliyyə hesabatlarını hazırlamaq, onların təhlilini aparmaq və rəhbərliyə təqdim etmək;
- Maliyyə göstəricilərini təhlil etmək, maliyyə risklərini və potensial problemləri əvvəlcədən müəyyənləşdirərək rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
- Audit, daxili nəzarət və vergi yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və məlumatları hazırlamaq, yoxlama proseslərində fəal iştirak etmək;
- Maliyyə proseslərinin optimallaşdırılması, standartlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Maliyyə şöbəsində iş bölgüsünün və maliyyə proseslərinin koordinasiyasına dəstək vermək;
- Dashboard və digər idarəetmə hesabatlarının hazırlanmasına və inkişaf etdirilməsinə töhfə vermək;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- AR "Mühasibat uçotu haqqında" Qanunu, AR Vergi Məcəlləsi, AR Əmək Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" Qanun və Beynəlxalq Maliyyə Hesabatı Standartları (MHBS) üzrə dərin biliklər;
- Dövlət qurumlarında və ya dövlət adından yaradılmış publik hüquqi şəxslərdə maliyyə və mühasibat sahəsində iş təcrübəsi;
- Aparıcı mühasib və ya daha yüksək vəzifədə minimum 3 il iş təcrübəsi;
- 1C, Sinam və ya digər mühasibat/ERP proqramlarında işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
- Vergi, maliyyə və mühasibat hesabatlarının hazırlanması, təhlili və aidiyyəti qurumlara təqdim edilməsi sahəsində praktiki təcrübə;
- Büdcə planlaşdırılması, maliyyə təhlili, maliyyə nəzarəti və maliyyə risklərinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlar;
- Audit, daxili nəzarət və maliyyə yoxlamaları proseslərində işləmək bacarığı;
- Maliyyə göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik və keyfiyyətli idarəetmə hesabatları hazırlamaq bacarığı;
- Maliyyə və mühasibat proseslərini sistemləşdirmək, təkmilləşdirmək və optimallaşdırmaq istiqamətində təşəbbüskar yanaşma;
- Analitik düşünmə, qərarvermə, problemlərin operativ həlli və nəticəyönümlü işləmək bacarığı;
- Planlaşdırma, təşkilatçılıq, vaxtın səmərəli idarə olunması, yüksək məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək, effektiv ünsiyyət qurmaq və məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı.
QUK 

Qarabağ Universitetinin Klinikası
2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs statusunda təsis edilmişdir. Bu qərar…