ULU Aqro MMC Aqronom
About this role
Uluagro MMC-dən vakansiya: Aqronom tələb olunur
Vəzifə öhdəlikləri:
– İstehsal sahələrində aqrotexniki tədbirlərin icrasında iştirak etmək;
– Bitkilərin inkişafını mütəmadi izləmək və müşahidələr aparmaq;
– Xəstəlik və zərərvericilərin monitorinqini həyata keçirmək;
– Gübrələmə, bitki mühafizəsi və suvarma proqramlarının icrasına nəzarət etmək;
– Gündəlik sahə hesabatlarını hazırlamaq;
– Rəhbərlik tərəfindən verilən digər aqronomik tapşırıqları yerinə yetirmək.
Namizədlərə tələblər:
– Təhsil: Aqronomiya, Bağçılıq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
– İş təcrübəsi: Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər;
– Meyvəçilik və ya gərzəkli bitkilər sahəsində biliklərə malik olmaq;
– Analitik düşünmə və məsuliyyətli iş yanaşması;
– Komandada işləmək bacarığı;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur. Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-3000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aqronom” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
