Eden Agro MMC Təsərrüfat nəzarətçisi (Aqronomiya üzrə) (Qax)
About this role
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Qax təsərrüfatı
Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor
İş yeri: Qax
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Əkinçilik xidməti üzrə işlərin planlaşdırılması, icrası və hesabatların hazırlanmasında iştirak;
Əkinçilik prosesi ilə bağlı təsərrüfata lazım olan mal vı materilların tapılmasında təchizat şöbəsinə dsətək;
Təsərrüfatda əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təşkilinə nəzarət;
Bina və qurğuların, texnikaların cari və əsaslı təmirinin təşkilinə nəzarət;
Sahədəki bütün kənd təsərrüfatı fəaliyyətlərinin mövcud təlimatlara uyğun aqrotexniki qaydada yerinə yetirilməsinə cavabdehlik;
Yerinə yetirilmiş işlərin hesabatlarının hazırlanmasını və təsərrüfat rəhbərinə məlumatın verilməsi;
Kənd təsərrüfatı maşın və mexanizmlərinin təmiri və təhlükəsizlik qaydalarına nəzarət;
Kənd təsərrüfatı və mexanizmlərin yüklənməsi və daşınması qaydalarına nəzarət;
Təsərrüfatda olan avadanlıqların, qurğuların, suvarma sistemlərinin təlimata uyğun istismar olunmasına nəzarət etmək;
Təsərrüfat rəhbərinə günlük, aylıq, rüblük və illik hesabatların verilməsi;
Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və təsərrüfat rəhbərinin tapşırıqlarını rəhbər tutmaq;
Təsərrüfatda həyata keçirilən aqronomik əməliyyatların (torpaq becərilməsi, səpin, gübrələmə, bitki mühafizəsi, məhsul yığımı və digər istehsalat işləri) təşkili, koordinasiyası, icrası və icrasına operativ nəzarəti həyata keçirmək.
Təsərrüfat üzrə kadr işlərin və sənəd dövriyyəsinin aparılmasını, ümumi inzibati uçotun düzgün təşkilini və əməliyyatların hesabatların hazırlanmasını təmin etmək.
Təsərrüfat anbarlarında mal-material qəbulunun, saxlanmasının, hərəkətinin və anbar uçotunun müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Kənd təsərrüfatı, İdarəetmə və ya digər uyğun ixtisaslar üzrə);
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Əkinçilik və kənd təsərrüfatı istehsal prosesləri barədə biliklər;
Aqrotexniki tədbirlərin (torpağın becərilməsi, səpin, gübrələmə, bitki mühafizəsi, suvarma, məhsul yığımı və s.) təşkili və icrasına nəzarət bacarığı;
Kənd təsərrüfatı texnikası və avadanlıqlarının istismarı, texniki xidmət və təmir prosesləri barədə bilik;
Anbar təsərrüfatı, mal-material uçotu və inventar nəzarəti sahəsində biliklər;
Hesabatların hazırlanması və sənəd dövriyyəsinin aparılması bacarığı;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları üzrə bilik;
Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
ERP və ya kənd təsərrüfatı idarəetmə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
Komanda ilə işləmək, işçiləri koordinasiya etmək və operativ qərarvermə bacarığı;
Məsuliyyətli, intizamlı, dəqiq və nəticəyönümlü olmaq;
Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolunandır
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Təsərrüfat nəzarətçisi (Aqronomiya üzrə) (Qax)” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…