"VIP Xidmətlər Qrupu" MMC"VIP Xidmətlər Qrupu" MMC

Aşpaz

Posted 13 h ago Source: jobsearch.az ↗
Hospitality
Monthly salary
₼1,000+
Application deadline
28 iyul 2026

About this role

Vəzifə öhdəlikləri:

  • Biznes zallar üçün təchizatçıdan təhvil alınan qida məhsullarının qəbulu və nəzarətinin həyata keçirilməsi;
  • Məhsulların FIFO qaydalarına uyğun saxlanılmasına nəzarətin edilməsi;
  • Qida məhsullarının düzgün etiketlənməsinin və saxlanma temperatur rejiminin mütəmadi izlənilməsi;
  • Soyuq qəlyanaltı və salatların hazırlanması;
  • Menyuya uyğun yeməklərin servisə hazırlanması və qida duracağına yerləşdirilməsi;
  • Məhsulların keyfiyyət göstəricilərinə nəzarət edilməsi və servis temperaturunun müvafiq qaydada qeydiyyatının aparılması;
  • Qida qalıqlarının aktlaşdırılması, uçotunun aparılması və müəyyən edilmiş prosedurlara uyğun silinməsinin təmin edilməsi;
  • Mətbəxdə iş prosesinin təşkili və koordinasiyası;
  • Gigiyena, sanitariya və qida təhlükəsizliyi standartlarına ciddi riayət olunmasının təmin edilməsi;
  • Mətbəx sahəsinin təmiz, səliqəli və iş üçün yararlı vəziyyətdə saxlanılmasının təmin edilməsi;
  • Yeni menyu və qida konsepsiyalarının hazırlanması istiqamətində təşəbbüslərin irəli sürülməsi və dəstək göstərilməsi.

Ə𝐦ə𝐤 şə𝐫𝐚𝐢𝐭i:

  • Əmək haqqı: 1000 AZN (gross);
  • İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00);
  • İşyeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Ümumi xidməti nəqliyyatla təmin edilir.

Vəzifə tələbləri:

  • Otel və ya restoran sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
  • Milli mətbəx üzrə biliklər arzuolunandır;
  • Mətbəx işlərinə məsuliyyətli və peşəkar yanaşma;
  • Çevik, intizamlı və komandada işləmə bacarığı;
  • HACCP, ISO 22000 və ISO 22005 standartları barədə məlumatlı olmaq;
  • İzlənmə və qeydiyyat sistemləri ilə işləmə bacarığı;
  • Gigiyena və sanitariya qaydalarına ciddi riayət etmək;
  • Komandada işləmək və məsuliyyətli yanaşma nümayiş etdirmək;
  • Növbəli iş rejimində işləmək imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

"VIP Xidmətlər Qrupu" MMC
"VIP Xidmətlər Qrupu" MMC

Similar jobs

See all
Apply