VA
Vision Academy

Aşpaz üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

Posted 1 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Hospitality

About this role

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Aşpazlıq üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 18 - 35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Orta və ya ali təhsilli şəxslər
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. 
  • Aşpazlıq sahəsinə marağı olanlar, yeni başlayanlar.
  • Kulinariya bacarıqlarını inkişaf etdirmək istəyənlər.
  • Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər.

2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Aşpazlığın Əsasları:

  • Peşəyə giriş və mətbəx etikası.
  • İş mühitində gigiyena və təhlükəsizlik qaydaları.
  • Mətbəx avadanlıqları və onların istifadəsi.
  • Ərzaqların düzgün saxlanılması və istifadəyə hazırlanması.

B. Bişirmə Texnikaları və Menyu Hazırlığı:

  • Milli və beynəlxalq mətbəxlər üzrə əsas yemək növləri.
  • Qızartma, buğlama, sobada bişirmə, qaynatma və digər üsullar.
  • Səhər yeməkləri, salatlar, isti yeməklər, qəlyanaltılar və desertlər.
  • Mətbəx içi əmək bölgüsü və səmərəli işin təşkili.

C. Praktiki Məşğələlər və Yaradıcı Təcrübə:

  • Real mətbəx şəraitində praktiki bişirmə.
  • Menyu tərtibatı və yeməklərin təqdimatı.
  • Tədarük planlaması və ərzaq israfının qarşısının alınması.
  • Komanda ilə işləmə bacarığı.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
  • Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.
  • Peşə Hazırlığı proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olmaqla, ümumilikdə  264 saat  olacaq.
  • 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Real Təcrübə – Peşəkar aşpazların rəhbərliyi altında mətbəxdə praktika.
  • Yaradıcılıq İmkanı – Fərqli reseptlərin sınaqdan keçirilməsi və yeni yeməklərin hazırlanması.
  • Mentor Dəstəyi – Təcrübəli aşpazlar tərəfindən təlim və yönləndirmə.
  • Rəsmi Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

Similar jobs

: