VA
Vision Academy
Aşpaz üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı
Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Гостеприимство
О должности
Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Aşpazlıq üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 18 - 35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta və ya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Aşpazlıq sahəsinə marağı olanlar, yeni başlayanlar.
- Kulinariya bacarıqlarını inkişaf etdirmək istəyənlər.
- Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Aşpazlığın Əsasları:
- Peşəyə giriş və mətbəx etikası.
- İş mühitində gigiyena və təhlükəsizlik qaydaları.
- Mətbəx avadanlıqları və onların istifadəsi.
- Ərzaqların düzgün saxlanılması və istifadəyə hazırlanması.
B. Bişirmə Texnikaları və Menyu Hazırlığı:
- Milli və beynəlxalq mətbəxlər üzrə əsas yemək növləri.
- Qızartma, buğlama, sobada bişirmə, qaynatma və digər üsullar.
- Səhər yeməkləri, salatlar, isti yeməklər, qəlyanaltılar və desertlər.
- Mətbəx içi əmək bölgüsü və səmərəli işin təşkili.
C. Praktiki Məşğələlər və Yaradıcı Təcrübə:
- Real mətbəx şəraitində praktiki bişirmə.
- Menyu tərtibatı və yeməklərin təqdimatı.
- Tədarük planlaması və ərzaq israfının qarşısının alınması.
- Komanda ilə işləmə bacarığı.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
- Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.
- Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
- 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Real Təcrübə – Peşəkar aşpazların rəhbərliyi altında mətbəxdə praktika.
- Yaradıcılıq İmkanı – Fərqli reseptlərin sınaqdan keçirilməsi və yeni yeməklərin hazırlanması.
- Mentor Dəstəyi – Təcrübəli aşpazlar tərəfindən təlim və yönləndirmə.
- Rəsmi Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar: