Aşpaz
Experience 3–5 years Category Hospitality
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Zəruri təchizatlar və kabinə ehtiyatları üzrə müvafiq müraciətlərin vaxtında hazırlanması;
- Kambuz sahəsini və anbarları təftiş etmək və çatışmazlıqları bildirmək və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Balanslaşdırılmış və qidalandırıcı menyunun planlaşdırılması və hazırlanması; yeməklərin hazırlanması və bişirilməsi; yeməyin servis edilməsinə nəzarət edilməsi; istifadə edilməmiş bişirilmiş yemək və ehtiyatların konservasiyasının idarə olunması;
- Anbar otaqlarının və stokun mühafizəsinin təmin edilməsi; Limana giriş / yola düşmə sənədlərinin (gəminin ehtiyatlara dair siyahısı) doldurulması üçün tələb olunan bütün informasiyaların verilməsi və növbəti günlərdə istifadə üçün ehtiyatların müəyyən edilməsi; yerlərin, dar keçidlərin, salonların, kayut – kompaniyaların, kambuzların, anbarların və bufetlərin təmizliyinə nəzarət edilməsi.
Xüsusi tələblər
- Peşə təhsili (sahə üzrə)
- Aşpaz peşəsi üzrə ən azı 3 il dəniz təcrübəsi
- Rus dili (yaxşı) ; İngilis dili (arzuolunandır)
- Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Aşpaz” peşəsinə aid bütün tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Tələb olunan sertifikatlar:
- Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “Aşpaz” işləməsini təsdiq edən “İşçi diplomu”;
- Aidiyyəti üzrə quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar;
- Dənizçinin qeyd kitabçası;
- Dənizçinin şəxsiyyət sənədi.
AXD 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi