Courtyard by Marriott Baku HotelCourtyard by Marriott Baku Hotel

Aşpaz köməkçisi (Commis)

Posted 16 h ago Source
Hospitality
Monthly salary
Salary negotiable
Application deadline
31 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Ünvan: Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303

Vəzifə öhdəlikləri:

  • İaşə obyektinin menyusunda olan bütün yemək məmulatları ilə tanış olmaq;

  • Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması;

  • Xüsusi yeməklərin hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq;

  • Baş aşpaz və bölmə aşpazı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək;

  • Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək;

  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;

  • Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;

  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.

İş şərtləri:

  • Əmək müqaviləsinin bağlanması;

  • Həftəlik 2 istirahət günü olmaqla növbəli qrafiki;

  • Tibbi sığorta ilə təminat;

  • Şirkət tərəfindən nahar ilə təmin olunma;

  • Karyera inkişafı fürsəti.

Namizədə olan tələblər:

  • Aşpaz köməkçisi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;

  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;

  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Commis” və ya “Aşpaz köməkçisi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 31.07.2026-cı ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Son tarix: 31.07.2026

Courtyard by Marriott Baku Hotel
Courtyard by Marriott Baku Hotel

Similar jobs

See all