Courtyard by Marriott Baku Hotel Aşpaz köməkçisi (Commis)
Vəzifə haqqında
Ünvan: Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303
Vəzifə öhdəlikləri:
İaşə obyektinin menyusunda olan bütün yemək məmulatları ilə tanış olmaq;
Standart reseptlərə uyğun olaraq, göstəriş verilən yeməklərin hazırlanması;
Xüsusi yeməklərin hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq;
Baş aşpaz və bölmə aşpazı tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək;
Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.
İş şərtləri:
Əmək müqaviləsinin bağlanması;
Həftəlik 2 istirahət günü olmaqla növbəli qrafiki;
Tibbi sığorta ilə təminat;
Şirkət tərəfindən nahar ilə təmin olunma;
Karyera inkişafı fürsəti.
Namizədə olan tələblər:
Aşpaz köməkçisi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Commis” və ya “Aşpaz köməkçisi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 31.07.2026-cı ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Son tarix: 31.07.2026
