Baş mühasib
About this role
Vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir);
Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər;
Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
İş barədə məlumat
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
İş yeri: Hüseynbala Əliyev 32/24
İş vaxtı: 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş mühasib” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
2003-cü ildən “Kristal” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün “Kristal”…