Mühasib-Xəzinədar-Ağdərə
About this role
Vəzifə öhdəlikləri
Mədən hasilatı fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının mühasibat uçotunu aparmaq;
İstehsal xərclərinin (amortizasiya, əməkhaqqı, yanacaq, texnika xidmətləri və digər xərclər daxil olmaqla) düzgün uçotunu təmin etmək;
Vergi və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması prosesində baş (və ya böyük) mühasibə dəstək göstərmək;
Kontragentlərlə qarşılıqlı hesablaşmaların aparılması, izlənilməsi və müvafiq sənədləşməni həyata keçirmək;
Bank ödənişlərini və digər maliyyə əməliyyatlarını icra etmək;
Əməkhaqqı, ezamiyyə və digər işçi ödənişləri üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
Daxili və xarici audit proseslərinə dəstək göstərmək;
Maliyyə əməliyyatlarının mədən sənayesinə aid qanunvericiliyin və dövlət tənzimləmələrinin tələblərinə uyğun aparılmasını təmin etmək;
ERP və ya digər mühasibat proqramlarında maliyyə əməliyyatlarını düzgün və vaxtında əks etdirmək.
Tələblər
Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Minimum 1-2 il müvafiq iş təcrübəsi (mədən və ya hasilat sənayesində təcrübə üstünlük hesab olunur);
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, IFRS və digər müvafiq normativ aktlar üzrə biliklər;
İstehsalat müəssisələrində maya dəyərinin hesablanması və analitik uçot üzrə bilik və bacarıqlar;
ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı;
Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Pivot Table, hesabatların hazırlanması və digər funksiyalar);
Analitik düşünmə, problem həll etmə və hesabatvermə bacarığı;
Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;
Komandada işləmək və gərgin iş şəraitində effektiv qərar qəbul etmək bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi üstünlük hesab olunur;
Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
İş yeri: Ağdərə Azərbaycan;
İş qrafiki: Növbəli iş qrafiki;
Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Mühasib-Xəzinədar" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.