AIM Azerbaijan International Mining CompanyAzerbaijan International Mining Company

Mühasib-Xəzinədar-Ağdərə

Опубликовано 1 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
16 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri

  • Mədən hasilatı fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının mühasibat uçotunu aparmaq;

  • İstehsal xərclərinin (amortizasiya, əməkhaqqı, yanacaq, texnika xidmətləri və digər xərclər daxil olmaqla) düzgün uçotunu təmin etmək;

  • Vergi və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması prosesində baş (və ya böyük) mühasibə dəstək göstərmək;

  • Kontragentlərlə qarşılıqlı hesablaşmaların aparılması, izlənilməsi və müvafiq sənədləşməni həyata keçirmək;

  • Bank ödənişlərini və digər maliyyə əməliyyatlarını icra etmək;

  • Əməkhaqqı, ezamiyyə və digər işçi ödənişləri üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;

  • Daxili və xarici audit proseslərinə dəstək göstərmək;

  • Maliyyə əməliyyatlarının mədən sənayesinə aid qanunvericiliyin və dövlət tənzimləmələrinin tələblərinə uyğun aparılmasını təmin etmək;

  • ERP və ya digər mühasibat proqramlarında maliyyə əməliyyatlarını düzgün və vaxtında əks etdirmək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Minimum 1-2 il müvafiq iş təcrübəsi (mədən və ya hasilat sənayesində təcrübə üstünlük hesab olunur);

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, IFRS və digər müvafiq normativ aktlar üzrə biliklər;

  • İstehsalat müəssisələrində maya dəyərinin hesablanması və analitik uçot üzrə bilik və bacarıqlar;

  • ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı;

  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Pivot Table, hesabatların hazırlanması və digər funksiyalar);

  • Analitik düşünmə, problem həll etmə və hesabatvermə bacarığı;

  • Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;

  • Komandada işləmək və gərgin iş şəraitində effektiv qərar qəbul etmək bacarığı;

  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

  • İngilis dili biliyi üstünlük hesab olunur;

  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.

İş yeri və şəraiti

  • İş yeri: Ağdərə Azərbaycan;

  • İş qrafiki: Növbəli iş qrafiki;

  • Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Mühasib-Xəzinədar" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

AIM Azerbaijan International Mining Company
Azerbaijan International Mining Company

Похожие вакансии

Смотреть все