Qalaalti Hotel & Spa Baş mühasib
Posted 20 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi hesabatlarının (ÖMV, Muzdlu, Mənfəət və s);
- Statistika hesabatlarının verilməsi.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il;
- Dil bilikləri: Azərbaycan dili (İngilis dili, Rus dili arzuolunandır);
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel).
Digər zəruri tələblər:
- Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. ACCA F3.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları;
- Təqdim etmə bacarığı;
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
İş şəraiti:
- İş vaxtı: Həftə içi 1-5 gün 09:00–18:00 (nahar vaxtı 13:00 – 14:00);
- Könüllü tibbi sığorta;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: müsahibə əsasında;
- Korporativ nömrə və danışıq limiti;
- Ünvan: Şabran şəhəri, Qalaaltı kəndi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
QH& 

Qalaalti Hotel & Spa