QH& Qalaalti Hotel & SpaQalaalti Hotel & Spa

Baş mühasib

20 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
9 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi hesabatlarının (ÖMV, Muzdlu, Mənfəət və s);
  • Statistika hesabatlarının verilməsi.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il;
  • Dil bilikləri: Azərbaycan dili (İngilis dili, Rus dili arzuolunandır);
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel).

Digər zəruri tələblər: 

  • Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. ACCA F3.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları;
  • Təqdim etmə bacarığı;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

İş şəraiti:

  •  İş vaxtı: Həftə içi 1-5 gün 09:00–18:00 (nahar vaxtı 13:00 – 14:00);
  •  Könüllü tibbi sığorta;
  •  Nahar şirkət tərəfindən verilir;
  •  Əmək haqqı: müsahibə əsasında;
  •  Korporativ nömrə və danışıq limiti;
  • Ünvan: Şabran şəhəri, Qalaaltı kəndi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

QH& Qalaalti Hotel & Spa
Qalaalti Hotel & Spa

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et