SAB Baş mühəndis
About this role
Vəzifə öhdəlikləri:
Texniki şöbənin fəaliyyətini təşkil etmək, texniki heyətə rəhbərlik etmək və inkişafını təmin etmək;
İstehsalat avadanlıqları və mühəndis sistemləri üzrə profilaktik və cari təmir işlərini planlaşdırmaq və nəzarətdə saxlamaq;
Yeni istehsal xətləri, avadanlıqlar və tikinti layihələrinin seçilməsi, alınması, quraşdırılması və istismara verilməsi proseslərini idarə etmək;
CAPEX və OPEX büdcələrinin hazırlanması, idarə olunması və texniki xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
Ehtiyat hissələri və texniki materialların planlaşdırılmasını, satınalma proseslərini və anbar ehtiyatlarının idarə olunmasını təşkil etmək;
Elektrik, qaz, su və digər enerji resurslarının səmərəli istifadəsini təmin etmək, enerji qənaəti layihələrini həyata keçirmək;
Podratçı və təchizatçı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və digər normativ tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
Avadanlıqların etibarlılığını və istehsalatın effektivliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək;
Müəssisənin genişləndirilməsi, yeni istehsal xətlərinin qurulması və modernizasiya layihələrinə rəhbərlik etmək;
Yeni avadanlıqların texniki spesifikasiyalarının hazırlanmasında iştirak etmək;
Avadanlıq təchizatçılarının seçilməsi, qiymətləndirilməsi və texniki danışıqların aparılmasını təmin etmək;
Yeni avadanlıqların quraşdırılması, işə salınması (commissioning) və qəbul proseslərinə rəhbərlik etmək;
Tikinti, rekonstruksiya və mühəndis layihələrinin büdcə, vaxt və keyfiyyət göstəricilərinə uyğun icrasını təmin etmək;
CAPEX layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təqdim etmək.
Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Tələblər:
Ali texniki təhsil (mexanika, sənaye mühəndisliyi, energetika və ya əlaqəli sahə) ;
İstehsalat müəssisəsində baş mühəndis, mühəndis və ya oxşar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
Liderlik və komanda idarəetmə bacarıqları.
Əlavə məlumatlar:
Əmək haqqı müsahibə əsasında ;
Nahar şirkət tərəfindən təmin olunur ;
Korporativ mobil nömrə ilə təmin edilmə ;
Yanacaq kartı ilə təmin edilmə ;
Könüllü tibbi sığorta;
İş şəraiti
İş qrafiki: 6 günlük
İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri
CV-lərinizi “Baş mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.