SABSAB

Baş mühəndis

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
16 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Texniki şöbənin fəaliyyətini təşkil etmək, texniki heyətə rəhbərlik etmək və inkişafını təmin etmək;

  • İstehsalat avadanlıqları və mühəndis sistemləri üzrə profilaktik və cari təmir işlərini planlaşdırmaq və nəzarətdə saxlamaq;

  • Yeni istehsal xətləri, avadanlıqlar və tikinti layihələrinin seçilməsi, alınması, quraşdırılması və istismara verilməsi proseslərini idarə etmək;

  • CAPEX və OPEX büdcələrinin hazırlanması, idarə olunması və texniki xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;

  • Ehtiyat hissələri və texniki materialların planlaşdırılmasını, satınalma proseslərini və anbar ehtiyatlarının idarə olunmasını təşkil etmək;

  • Elektrik, qaz, su və digər enerji resurslarının səmərəli istifadəsini təmin etmək, enerji qənaəti layihələrini həyata keçirmək;

  • Podratçı və təchizatçı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və digər normativ tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;

  • Avadanlıqların etibarlılığını və istehsalatın effektivliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək;

  • Müəssisənin genişləndirilməsi, yeni istehsal xətlərinin qurulması və modernizasiya layihələrinə rəhbərlik etmək;

  • Yeni avadanlıqların texniki spesifikasiyalarının hazırlanmasında iştirak etmək;

  • Avadanlıq təchizatçılarının seçilməsi, qiymətləndirilməsi və texniki danışıqların aparılmasını təmin etmək;

  • Yeni avadanlıqların quraşdırılması, işə salınması (commissioning) və qəbul proseslərinə rəhbərlik etmək;

  • Tikinti, rekonstruksiya və mühəndis layihələrinin büdcə, vaxt və keyfiyyət göstəricilərinə uyğun icrasını təmin etmək;

  • CAPEX layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təqdim etmək.

  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və   öhdəlikləri yerinə yetirmək.

Tələblər:

  • Ali texniki təhsil (mexanika, sənaye mühəndisliyi, energetika və ya əlaqəli sahə) ;

  • İstehsalat müəssisəsində  baş mühəndis, mühəndis və ya oxşar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;

  • Liderlik və komanda idarəetmə bacarıqları.

Əlavə məlumatlar:

  • Əmək haqqı müsahibə əsasında ;

  • Nahar şirkət tərəfindən təmin olunur ;

  • Korporativ mobil nömrə ilə təmin edilmə ;

  • Yanacaq kartı ilə təmin edilmə ;

  • Könüllü tibbi sığorta;

İş şəraiti

  • İş qrafiki: 6 günlük

  • İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri

​​​​​​​CV-lərinizi “Baş mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Hamısına bax