"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti Baş mütəxəssis – Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsi
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.
Əsas vəzifələr
- Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi
- Əməliyyat risklərinin azaldılması və aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər planı, əməliyyatlar üzrə limitlər hazırlamaq və tövsiyyələr vermək
- Bank risk iştahasını ifadə edən və təyin edilmiş riskləri qiymətləndirən əmsallara nəzarəti təmin etmək
- Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak
- Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi
- Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak
- İlkin Sorğular və üzbəüz görüşlər keçirtmək
- Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.
Tələblər
- Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr)
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili)
- MS Office proqramları ilə işləmək bacarığı
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı.
RAS 

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
“Rabitəbank” ASC 1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda…