Trade Group Company Beynəlxalq Logistika Xidmətlərinin Satışı üzrə Təcrübəçi
Posted 1 d ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə tələbləri:
- Təhsil: Ali təhsilli xanım və bəy namizədlər (Universitetin sonuncu kurs tələbələri və Magistr tələbələri müraciət edə bilər);
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, İngilis dili və Rus dili (arzuolunandır);
- Yaş həddi: 21-30;
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli, öyrənməyə, inkişaf etməyə həvəsli, diqqətli və yüksək ünsiyyət bacarığı olan;
Vəzifə öhdəlikləri
- Verilən tapşırıqların zamanında və dəqiqliklə işlənməsi;
- Müştərilərlə (şirkətlərlə) telefon vasitəsilə və ya üzbəüz ilkin əlaqə yaratmaq bacarığı;
- Kompyuter və ofis proqramlarından istifadə etmək bacarığı.
- Təcrübə müddətində öyrədiləcək və icra ediləcək:
- Logistika bazarının analizi və potensial müştəri (şirkətlər) bazasının formalaşdırılması;
- Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);
- Lazım gəldikdə şirkətlərin ofislərinə gedərək logistika xidmətlərinin təqdimatının aparılması;
- Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət;
- İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsipləri;
- Müştəri xidmətləri, logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə ilkin biliklərin əldə edilməsi;
- Kompyuter ilə məlumatların sistemə yerləşdirilməsi, müraciətlərin qeydə alınması və cavablandırılması.
Biz sizə nə vəd edirik?
- Rahat və geniş ofis şəraiti;
- Logistika və satış sahəsində peşəkar təcrübə qazanmaq imkanı;
- Təcrübə müddətini uğurla başa vuran namizədə daimi iş imkanı.
İş şəraiti
- İş günləri: Həftənin 1-5-ci günlər;
- İş vaxtı: 09:00-8:00;
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;
- Əmək haqqı: Razılaşma əsasında olacaq.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə (mövzu hissəsində "Beynəlxalq Logistika Xidmətlərinin Satışı üzrə Təcrübəçi" qeyd etməklə) və ya +994 50 226 80 79 Whatsapp nömrəsinə göndərə bilərlər.

Trade Group Company