Biznes prosesləri üzrə mütəxəssis
Posted 12 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Yeni ERP sistemini əhatə edən proseslərin planlaşdırılması və həyata keçirilməsində iştirak edilməsi;
- Mövcud biznes proseslərinin təhlili və təkmilləşdirilməsinə ehtiyyac olan sahələrin müəyyən edilməsi;
- Proseslərin təkmilləşdirmə meyarlarının müəyyən edilməsi və inkişaf etdirmək üçün digər bölmələrlə əməkdaşlıq edilməsi;
- Biznes proseslərinin ən yaxşı təcrübələrə uyğun olmasının təmin edilməsi və hər hansı zəruri dəyişikliklər üçün tövsiyələrin verilməsi;
- Səmərəliliyi və məhsuldarlığı artırmaq üçün proses təkmilləşdirmələrinin hazırlanması və həyata keçirilməsi;
- Mövcud və yeni proseslərin təsvir edilməsi üçün proses xəritələrin və iş axınların yaradılması;
- Prosedur sənədlərinin, o cümlədən prosedurların, siyasətlərin və təlimatların Azərbaycan dilində yazılması və saxlanılması;
- Biznes tələblərinə cavab verdiyinə əmin olmaq üçün ERP sisteminin konfiqurasiya edilməsi və sınaqdan keçirilməsi;
- Yeni istifadəçilərə sistemdən necə səmərəli istifadə etmək barədə təlimlərin keçilməsi;
- Prosesin performans göstəricilərinə nəzarət edilməsi və hesabat verilməsi;
- Proseslərin avtomatlaşdırılması imkanlarının müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsi.
Tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, İnformasiya Sistemlərinin İdarə edilməsi və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Rus və İngilis dillərində səlis danışıq bacarığı üstünlükdür;
- Proseslərin xəritələşdirilməsi və iş axınının inkişafı üzrə iş təcrübəsi;
- Microsoft Office Suite-də, xüsusilə Excel və Visio proqramlarında işləmə bacarığı;
- Lean Six Sigma kimi proseslərin təkmilləşdirilməsi metodologiyaları ilə tanışlıq;
- ERP sistemləri və tətbiq layihələri ilə bağlı təcrübə;
- Müstəqil və komanda ilə işləmə bacarığı;
- Detal yönümlülük və diqqətlilik;
- Eyni anda birdən çox layihəni idarə etmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…