Biznes prosesləri üzrə mütəxəssis
Posted 21 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Biznes proseslərinin "AS IS" və "TO BE" modellərinin hazırlanması, GAP analizinin aparılması, boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
- Biznes proseslərinin avtomatlaşdırılması və Süni İntellekt (Sİ) tətbiqi potensialının müəyyənləşdirilməsi, biznes dəyərinin və tətbiq məqsədəuyğunluğunun qiymətləndirilməsi;
- Avtomatlaşdırma və Sİ layihələri üzrə biznes, funksional və qeyri funksional tələblərin hazırlanması və sənədləşdirilməsi;
- Biznes prosesləri üzrə Business Rules, qərar məntiqi və proses ssenarilərinin hazırlanması və sənədləşdirilməsi;
- Biznes proseslərində istifadə olunan məlumat axınının (Data Flow) təhlili, məlumat mənbələrinin, giriş/çıxış məlumatlarının və emal mərhələlərinin müəyyənləşdirilməsi;
- Avtomatlaşdırılacaq proseslər üzrə Data Mapping sənədlərinin hazırlanması və sistemlər arasında məlumat mübadiləsinin təsvir edilməsi;
- Biznes proseslərində iştirak edən sistemlər üzrə inteqrasiya nöqtələrinin (Integration Points) müəyyənləşdirilməsi və inteqrasiya tələblərinin hazırlanması;
- Hazırlanacaq rəqəmsal həllər üçün ilkin istifadəçi ssenarilərinin (User Journey) və istifadəçi interfeysinin (UI Concept) hazırlanması;
- Yeni rəqəmsal alət və həllərin (o cümlədən Sİ əsaslı) istifadəçi interfeysinin (UI) biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi və texniki komanda ilə əlaqələndirilməsi;
- Sİ və avtomatlaşdırma layihələrində biznes tərəfini təmsil etmək, proses məntiqinin, məlumat axınının, funksional tələblərin və gözlənilən nəticələrin texniki komandaya aydın şəkildə ötürülməsini təmin etmək;
- Avtomatlaşdırma layihələrinin icrası zamanı texniki komandanın biznes suallarının cavablandırılması, biznes tələblərində baş verən dəyişikliklərin idarə olunması və layihənin biznes baxımından müşayiət edilməsi;
- İstifadəçi qəbul testləri (UAT) üçün test ssenarilərinin və Acceptance Criteria-nın hazırlanması, hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- Tətbiq edilmiş biznes proseslərinin və avtomatlaşdırılmış həllərin effektivliyinin monitorinqi, nəticələrin təhlili və hesabatların hazırlanması;
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması, yenilənməsi, təsdiqi, elan edilməsi və arxivləşdirilməsi;
- Birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək, görülən işlər üzrə hesabatların təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, iqtisadiyyat, menecment, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Biznes proseslərinin idarə olunması (BPM), Biznes Analiz, Rəqəmsal Transformasiya və ya Biznes Konsaltinq sahəsində minimum 1 il iş təcrübəsi;
- ERP, CRM, BPM və ya digər korporativ sistemlərlə işləmə təcrübəsi;
- Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi üstünlükdür;
- Biznes proseslərinin analizi, modelləşdirilməsi və optimallaşdırılması (AS-IS, TO-BE, GAP Analysis, BPMN 2.0);
- Biznes və funksional tələblərin, biznes qaydalarının (Business Rules), Data Flow və Data Mapping sənədlərinin hazırlanması;
- Biznes proseslərində inteqrasiya nöqtələrinin müəyyənləşdirilməsi və korporativ informasiya sistemlərinin (ERP, CRM, HRM, WMS və s.) iş prinsipləri üzrə bilik;
- REST API, JSON, SQL və verilənlər bazaları üzrə baza bilikləri;
- Biznes proseslərinin modelləşdirilməsi alətləri (Bizagi, Visio, Draw.io və s.) və Microsoft Office proqramlarında işləmək bacarığı;
- User Journey və UI konsepsiyalarının hazırlanması üzrə anlayış;
- AI texnologiyalarının biznes proseslərində tətbiqi və texniki komandalarla effektiv əməkdaşlıq bacarığı;
- Agile/Scrum metodologiyası üzrə baza bilikləri;
- BABOK, CBAP, Lean, Six Sigma, TOGAF üzrə biliklər üstünlükdür;
- Rəqəmsal transformasiya layihələrində iştirak təcrübəsi üstünlükdür;
- AI alətləri (ChatGPT, Claude, Gemini və s.), Prompt Engineering, RPA və Low-code/No-code platformaları (Power Automate, UiPath, n8n, Make, Creatio və s.) ilə iş təcrübəsi;
- Jira, Confluence, Figma və ya digər UI dizayn alətləri ilə işləmək bacarığı üstünlükdür;
- Güclü analitik düşünmə, problem həll etmə və kross-funksional komandalarla işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…