Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)
About this role
Vəzifə öhdəlikləri:
Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;
Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək;
Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;
Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir);
Yaxşı səviyyədə MS Excel biliyi olmalı
Analitik düşüncə, Komandada işləmək bacarığı.
Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…